Xaricdəki qurumların "türk" sözündən istifadəsinə qadağa qoyuldu

Türkiyənin xaricdə fəaliyyət göstərən istənilən təşkilat və qurumunda "türk" və "Türkiyə" sözlərindən istifadə etmək qadağan olunub.

Sabahinfo.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandeyib.

Onun sözlərinə görə, bu qərar həmin brendlərdən xaricdə uzun müddət istifadə edən Gülən hərəkatına qarşı mübarizə çərçivəsində qəbul edilib.

Prezident bildirib ki, bundan sonra yalnız dövlət strukturlarının xaricdə həmin brendlərdən istifadə etmək səlahiyyəti olacaq.