Zümrüd Yağmur: “Əli Kərimli baş verən zorakılıqlardan xəbərdar idi” – VİDEO

AXCP sədrinin istefa vermiş müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur ailəsində baş verən zorakılıqlarla bağlı Meydan TV-yə geniş müsahibə verib.
Müsahibədə o,Fuad Qəhrəmanlının ailədə törətdiyi zorakılıqlardan, qızlarını necə incitməsindən, onun əlini, 6 yaşlı qızının isə dizini necə qırmasından danışıb.

2009-cu ilə qədər gözəl ailələrinin olduğunu deyənZümrüd Yağmurbildirib ki, hər şey Fuadın ona etdiyi xəyanətdən başlayıb.

O, qızı SelcanınƏli Kərimliyə olan nifrətinin də səbəbini açıqlayıb: "...AxıƏli Kərimlibilir ki, müavini evdə 3 nəfərə zülm eləyir. Barı onu sağ tərəfində saxlamasın. Bir dəfə desin ki, Fuad, ya evindəki problemləri həll elə, ya da müavinlikdən istefa ver”.

Selcan anasına həmçinin deyirmiş ki, "Siyasi maraqlar dediyiniz şey ədalətin önünə keçməməlidir”.

Zümrüd Yağmurbildirib ki,AXCPsədri situasiyanı fərqli yönləndirə bilərdi: "Əli Kərimlibaş verən zorakılıqlardan xəbərdar idi".