Cəbi Quliyev deputat həmkarı ilə şəhid ailəsinə baş çəkib

Milli Məclisin deputatı Cəbi Quliyev və Ülviyyə Həmzəyeva Müqəddəs Ramazan Bayramı ərəfəsində Şərur rayonundan şəhid olan İbrahim Vəlizadənin ailəsinə baş çəkiblər. 

Deputatlar şəhid ailəsi ilə söhbət aparıb, onların problemləri ilə maraqlanıblar. 

Qeyd edək ki,  İbrahim Vəlizadə 1998-ci il iyunun 11-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.
Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Vəlizadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən İbrahim Vəlizadəyə "şəhid" statusu verilmişdir.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən İbrahim Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən İbrahim Vəlizadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.