Cəbi Quliyev şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Cəbi Quliyev Şahbuz rayonunda yaşayan şəhid ailələrini ziyarət edib.

Millət vəkili şəhid baş leytenant Zülfü Zeyni oğlu Rzayevin, şəhid leytenant Emin Rəşadət oğlu Sadiqovun, şəhid baş leytenant Firuz Əli oğlu Qureşlinin və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Ramin Nəriman oğlu Bağırovun ailələri ilə görüşüb.

Cəbi Quliyev şəhid ailələrinin qayğıları ilə maraqlanıb, şücaətli, cəsur və vətənpərvər övlad yetişdirdikləri üçün şəhidlərimizin valideynlərinə dərin minnətdarlığını ifadə edib.

Bir qrup gəncin də iştirak etdiyi görüşlər zamanı gənclərə şəhidlərimizin həyat yolu, xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri övladları ilə bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər bir vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir.