Çexiya Deputatlar Palatasının sədri Azərbaycana gəlir

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova sabah Azərbaycana səfər edəcək.

Bu barədə Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Çexiya parlamentinin Deputatlar Palatası sədrinin regiona səfərinin mühüm hissəsini Bakıda keçirəcəyi görüşlər təşkil edəcək.

Qeyd edək ki, M.P.Adamova hazırda Ermənistanda səfərdədir.