Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına "stop" qoyulub.

Sabahinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərarı Bakı Kommersiya Məhkəməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbi əsasında  qəbul edib.

"RANT GROUP" MMC-nin vergi borcunu ödəməsini təmin etmək məqsədilə şirkətin rəhbəri R.Çovdarovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bu xəbəri rus dilində oxuyun: Сыну Акифа Човдарова запретили выезд из Азербайджана

Qeyd edək ki, "RANT GROUP" MMC-ni ötən il qeydiyyatdan keçirilib. Şirkətin qanuni təmsilçisi Ruslan Çovdarovdur.