Deputat şəhid ailəsinin problemlərini nəzarətə götürdü

Milli Məclisin deputatı Səbinə Xasayeva Vətən Müharibəsi şəhidlərinə baş çəkərək onların problemlərinin həllini nəzəratə götürüb.

Milli Məclisin deputatı, Səbinə Xasayeva ötən gün (4 fevral) seçildiyi Qaradağ rayon Lökbatan qəsəbəsində yaşayan şəhidimiz Əliyev Amil Novruz oğlunun ailəsinə baş çəkib. Şəhidin valideynləri ilə söhbət edib, onların gündəlik qayğı və problemləri ilə maraqlanıb. Onların qaldırdıqları problem və məsələlərin həll edilməsini nəzarətdə saxlayıb.

Xanım Millət vəkili son günlər bir neçə şəhid və qazi ailəsinə baş çəkib, onların gündəlik həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb.