DİN: Onlayn beh ödənişləri zamanı diqqətli olun - VİDEO

Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb.

DİN-dən Sabahinfo.az-a verilən məlumata görə, videoşarxda qeyd olunub ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.

"Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir", DİN-dən bildirilib.