Dünya azərbaycanlılarının böyük dayağı

Daspor təşkilatlarının səfirliklərlə bir yerdə çalışması, tədbirlər keçirməsi günün tələbidir. Prezident İlham Əliyev bir neçə dəfə istər səfirliklərimizə, istərsə də diapor təşkilatlarına göstəriş verib ki, daim əlaqədə olsunlar, birgə fəal əlaqəli şəkildə işləsinlər. Artıq bütün ziddiyyətlər aradan qaldırılmalıdır. Çünki müxtəlif ölkələrdə erməni lobbisi daha da radikallaşaraq açıq şəkildə Azərbaycanla bağlı böhtan xarakterli məlumatlar yayır, ölkəmizə qarşı qara kampaniya aparırlar. Hətta bəzən konkret səfirliklərimizi və diasporumuzu hədəfə alaraq əsassız yazılarla çıxış edirlər. Bu tendensiya, xüsusən Skandinaviya ölkələrində daha çox özünü büruzə verir. Məsələn, İsveçdə elə jurnalist var ki, Azəraycana qarşı 130-dan artıq məqalə yazıb. Araşdırmamıza görə bir çox hallarda belə jurnalistlər erməni diplomatlarının maliyyəsi ilə Azərbaycana qarşı yazılar yazırlar. Bir çox hallarda onlar əraf ölkə jurnalistlərini də bu kimi məqalələr yazmağa təhrik edirlər. Bu baxımdan indiki vəziyyətdə səfirliklərimizlə diasporumuzun dövlətimiz naminə birgə çalışmaları zərurətdir. Bu formada düşmənə qarşı effektiv nəticəsi olan işlər görmək mümkündür.

Diaspor təşkilatları səfirliklərə öz təşəbbüskarlıqları ilə dəstək olaraq əməkdaşlığı gücləndirməlidirlər. Bu fəaliyyət Azərbaycanın xaricdə təbliğatının daha da güclənməsinə və müsbət imicinin formalaşmasına xidmət etməlidir. Bunun üçün səfirliklərimiz diaspor jurnalistləri ilə də birgə fəaliyyət göstərdikləri ölkələrin media nümayəndələri ilə əlaqəli şəkildə işləməlidirlər. Bu baxımdan Küveytdəki səfirliyimizin effektiv fəaliyyətini model olaraq göstərmək olar. Nəticə olaraq qeyd edək ki, artıq Azərbaycana dost olan küveytli jurnalistlərin sayı ildən-ilə artmaqdadır. Məhz onların sayəsində Küveyt və digər ərəb ölkələrində Azəbaycan həqiqətlərinin yayılması işi asanlaşıb. Bununla yanaşı, bəzən tanınmış küveytli jurnalistlər öz təcrübələrini seminar şəklində gənc azərbaycanlı jurnalistlərlə bölüşürlər.

Xaricdəki azərbaycanlıların yüksək mövqelərə sahib olmaları və ölkəmizi ləyaqətlə təmsil etmələri səfirliklərin də maraq dairəsində olmalıdır. Diaspor təşkilatlarının səfirliyə söykənməsi, elə dövlətimizə arxalanması deməkdir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, güclü müstəqil Azərbaycan dövləti dünyada yaşayan bütün soydaşlarımızın arxasında dayanır. Cənab Prezident sonucu dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bir daha qeyd etdi ki, Azərbaycan dövləti onlar üçün böyük dayaqdır.

Azərbaycan dövlətinin gücünün artması, eyni zamanda, diaspor nümayəndələrinə və onların fəaliyyətinə müsbət təsir edir. Diaspor nümayəndələri bilməlidirlər ki, səfirliklərimiz Azərbaycanın xarici siyasətini aparır və dövlətmizi təmsil edirlər. Fikrimizcə, diaspor təşkilatlarının səfirliklər ətrafında birləşməsi dövlət siyasətimizi daha da gücləndirər.

Fuad Hüseynzadə

Sabahinfo.az