Fazil Mustafa: Şəhidlər Xiyabanına girişi məhdudlaşdırmaq çətindir

Şəhidlər Xiyabanında son baş verən hadisələrə görə ora girişi məhdudlaşdırmaq çətindir. 

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa komitənin bugünkü iclasında deyib.

O, deputatların bu barədə sualına cavab olaraq bildirib ki, bu, icra xarakterli məsələdir: 

"Şəhidlər Xiyabanı bir deyil, hər şəhərdə var. Bunu xüsusi bir qanunla hansısa bir şəkildə məhdudlaşdırma gətirəndə də problem çıxacaq. Bunu insanların mənəvi məsələsi kimi turistlərə başa salmaq daha doğru olar".