Xəbər verdiyimiz kimi, Məzahir Pənahov ötən gün yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib. Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə MSK-nın katibi seçiliblər. Ümumilikdə, MSK-nın 18 nəfərdən ibarət əsas, 3 nəfərdən ibarət isə əvəzedici üzvü təyin edilib.
Sabahinfo.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov MSK üzvləri ilə bağlı maraqlı məqama toxunub. Belə ki, Ə.Həsənov MSK üzvlərinin maaşlarını açıqlayıb:
"Bu gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibi işinə başlayıb. 18 nəfərdən ibarətdir. Sədrin maaşı 12 000 manat, müavininin maaşı 11 000 manat, iki katibinin maaşı 10 000 manat, üzvlərinin maaşı isə 9 000 manatdır. Yəni hər ay təkcə bunlara büdcədən 169 000 manat pul ödənilir. İl ərzində isə 2 028 000 manat edir.
Yəqin ki, ezamiyyə xərcləri, mükafatlar filanla bərabər daha çox edir. Bu qədər üzv nəyimizə lazımdır axı? Təklif edirəm ki, tərkibi üç dəfə azaldaq. 6 nəfər olsun və büdcə vəsaitinə də qənaət edək", - deyə hüquqşünas əlavə edib.