Dünya mətbuatı nədən yazır?

"el-Düstur" (İordaniya qəzeti): İordaniya Kralı II Abdullah Səudiyyə Ərəbistanının İordaniyaya verdiyi dəstəyi yüksək qiymətləndirir.

"El-Quds el-Arabi" (ərəb-ingilis qəzeti): Əlcəzair və altı Afrika ölkəsi İsrailin Afrika Birliyinə müşahidəçi üzv olaraq qəbul edilməsinə rəsmən etiraz edir.

"el-Raye el-Qatariyye" (Qətər Qəzeti): Prezident Rəcəb Tayyib Ərdoğan, Qətər və Türkiyəyə (yanğına qarşı mübarizədə) dəstək verən ölkələrə təşəkkür etdi.

"BR24.de": Avropa İttifaqı yanğınlarla mübarizədə Türkiyəyə kömək edir.

"Tagesschau.de": (Almaniyada) Yaşıllar Partiyası federal seçkilərdən sonrakı hökumətdə olarsa 'İqlimi Qoruma Nazirliyi' qurmaq istəyir.

"Frankfurter Allgemeine Zeitung": Almaniya Səhiyyə Nazirliyi pulsuz yeni növ koronavirus (Covid-19) testlərinin oktyabrın ortalarında bitməsini tövsiyə etdi.

"El País" - İspaniya: Epidemiyaya baxmayaraq, İspaniya iyul ayında 19.59 milyon Sosial Müdafiə üzvü ilə məşğulluq rekordunu qırdı.

"El Periódico" - İspaniya: Kataloniya çərşənbə günündən etibarən 12-15 yaş qrupu üçün "Covid-19" əleyhinə peyvəndə başlayır.

"EFE" agentliyi - İspaniya: Amerika Birləşmiş Ştatları Senatı yekdilliklə 11 iyul etirazlarından sonra Kubadakı repressiyanı pisləyən qərar qəbul etdi və Karib ölkəsi xalqına həmrəylik mesajı göndərdi.

"Le Figaro": "Covid-19": Korsikada xəstələrin axını ilə mübarizə aparmaq üçün xəstəxana imkanları artırıldı.

"Le Monde": "Covid-19": Guadeloupe adasında vəziyyət ağırdır, ən azı üç həftəlik tam bağlanma qərarı verildi.

"Le Parisien": "Covid-19": (ABŞ Prezidenti) Co Bayden "Delta" variantına qarşı "dünyanı peyvənd olunmağa" çağırır.

"RT": Amerikan "National Interest" jurnalı yazır ki, Rusiya "Şimal axını-2" layihəsini tamamladıqdan sonra Ukraynanı cəzalandıracaq. Ukrayna üzərindən qaz tranziti məhdudlaşdırılacaq və Avropa İttifaqı ölkələrinin maraqlarına xələl gəlməyəcəyi üçün onlar da Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu oynamaqdan çəkinəcəklər.

"Lenta.ru": Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) rəhbəri Anna Popova Rusiyada "Covid-19" pandemiyası ilə bağlı vəziyyətin ciddi olaraq qaldığını söylədi. İyulun son üç həftəsində xəstəliyə yoluxanların 70 faizində virusun "delta" ştammı müşahidə olundu.

"İzvestiya": Rusiyanın karateçisi Anna Çernışeva koronavirusa yoluxduğu üçün Tokio Olimpiadasında yarışa bilməyəcək.