Ekoaksiyanın 135-ci günü: Tələblər dəyişmə olaraq qalır

Azərbaycanlı eko-fəalların Xankəndi-Laçın yolunda keçirdikləri dinc etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 135-ci günüdür.

Aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

İştirakçılar adəti üzrə bu günə də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıblar.

Aksiyanın tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiya 2022-ci il dekabrın 12-dən etibarən başlayıb.