"Ekoloji cinayətə son!" - Aksiyanın 88-ci günü

Azərbaycanlı eko-fəalların Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 88-cü günüdür.

Gecə saatlarında da aksiyanı davam etdirən iştirakçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

İştirakçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiyanın tələbləri dəyişməz olaraq qalır. Belə ki, etirazçılar dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Eko-fəallar "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", şüarlarını səsləndirirlər.