Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 7-də Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Nazirlər Kabinetindən Sabahinfo.az-a verilən xəbərə görə, Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib. Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.