Emin Hacıyev qəbul keçirib

Yanvarın 30-da YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə görüşümüz keçirildi.

Vətəndaşlarımızı maraqlandıran suallara aydınlıq gətirdim, onların problemlərini dinlədim, mümkün məsələləri yerində həll etdim və digər məsələlərlə bağlı aidiyyəti orqanlara sorğular göndərdim.

Müraciət olunan məsələlərdən biri ilə bağlı yerində araşdırma aparmaq üçün seçicilərimizlə birlikdə 9-cu mikrorayon 30-cu binanın yaxınlığındakı əraziyə baş çəkdik, aidiyyatı üzrə müvafiq qurumlara sorğumuzu ünvanladıq.

Görüş zamanı önəmli olan mövzu - 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı seçicilərimizin suallarına cavab verdik və seçicilərimizdən möhtərəm cənab Prezidentə dəstək ifadələrini eşitmək olduqca xoş oldu. Seçicilərimiz Prezident cənab İlham Əliyevin siyasi kursuna sadiq olduqlarını bildirərək fevralın 7-də Qalib Liderimizə səs verəcəklərini bildirdilər. 

Xalqımızın cənab Prezidentin siyasətinə, Vətən müharibəsindəki Qələbəyə, ölkəmizin uğurlarına həssaslıq və yüksək ehtiramla olan münasibətini müşahidə etmək bizi çox qürurlandırır və sevindirir.

Emin Hacıyev
Milli Məclisin deputatı