Emin Hacıyev "Rossiya" TV yə ümummilli lider Heydər Əliyevlə bağlı müsahibə verib

May ayının 10-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Milli Məclis tərəfindən Rusiya Federasiyasının Ulyanovsk şəhərinə ezam olundum. 

Səfər çərçivəsində Ulyanovsk şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan 78 saylı orta məktəblə, məktəbdə yerləşən ekspozisiya ilə tanış olduq. 

Səfər çərçivəsində “Rossiya” televiziya kanalına Ulu Öndərin həyat və siyasi fəaliyyətini, Azərbaycan-Rusiya əlaqələrini əhatə edən müsahibə verdim.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etdik və Ulu Öndərin Ulyanovskda ucaldılan heykəlinin önündə dahi şəxsiyyətin həyat və fəaliyyəti, iki ölkə arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi istiqəmətində verdiyi töhfələrlə bağlı çıxış etdim.

Daha sonra Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə idman yarışını izlədik.

Emin Hacıyev

Milli Məclisin deputatı