"Erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir" - Komitə sədri

“Erkən nikahların qırmızı xətt olduğunu deyirsiniz. Lakin bu gün erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsi sədri, deputat Hicran Hüseynova deyib.

"İndiyə qədər biz bir dəfə də görməmişik ki, bir nəfər cəzalandırılsın və ya bu istiqamətdə iş görülsün", deyə komitə sədri bildirib.

Deputat qeyd edib ki, bu gün ölkədə selektiv abortla bağlı məsələ çox ciddidir.: "Bu, özü də İslamda günahdır. Necə oldu ki, bizim özünü müsəlman adlandıran şəxslərimiz belə əməllərə əl atırlar. Çox istərdim ki, məscislərdə axundlarla görüş keçirərkən bu məsələni də qaldırasınız və məlumatlandırıcı çıxışlar edəsiniz. Bu sahədə mənim ölkəm artıq Çini keçib. Biz əvvəl Çini danışırdıq, indi isə birinci yerdəyik".

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov çıxışında erkən nikahların “qırmızı xətt” olduğunu deyib. O bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də fətvası var və din xadimləri qarşısında konkret tələblər qoyulub.