Ermənilər mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Sabahinfo.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.