Ermənistan daha 132 itkisini açıqladı

Ermənistan tərəfi üçtərəfli razılaşmadan (10 noyabr) əvvəl Dağlıq Qarabağda məhv edilmiş daha 132 hərbçisinin adını açıqlayıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 2336-ya çatıb.

Real faktlara əsasən, Ermənistanın itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Üstəlik, düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası aparılmayıb.

Ümumilikdə isə Ermənistanın 6-7 min itki verdiyi barədə məlumatlar var.