“Əsgərə Xatirə kitabı” layihəsi tərəfindən növbəti möhtəşəm tədbir

“Əsgərə Xatirə kitabı” layihəsi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə “2 Fevral-Gənclər” günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyinin inzibati binasında “Əsgərə Xatirə” layihəsinin təşkilatçılığı, Müdafiə Nazirliyinin birgə əməkdaşlığı ilə “2 Fevral-Gənclər günü”-nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirin rəsmi və rəğbətləndirilmə hisəsindən ibarət olaraq baş tutmuşdur.Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, tədbiri Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan etmişlər.

Tədbirdə Müdafiə Nazirliyinin ehtiyyatda olan polkovniki,"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Millət vəkili Vüqar İskəndərov,Müdafiə Nazirliyinin şəxsi heyyət baş idarəsinin Şəhid-qazi-hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə müdiri Zümrüd xanım Səmədova,əməkdar aktrisamız Kübra xanım Əliyeva,Ailə qadın uşaq problemləri üzrə Dövlət komitəsi yaninda ictimai şuranın sədri Fariz Əkbərov,”Sara xatun”mədəni maarifçilik İB Sədri,alim pedaqoq Pərvanə xanım Mustafayeva, “Odlar yurdu” təşkilatının rəhbəri,KOBSKA-nın idarə heyyətinin Sədri Nigar xanım Ələsgərova,Opera və Balet teatrnın solisti Urfan Cəfərov,Layihənin ən gənc fəal üzvü Dərya İbrahimova və digər ictimai xadimlər,gənc fəallar iştirak edərək cıxışlar etmişdirlər.
Tədbirin rəğbətləndirilmə hissəsində Əsgərə xatirə kitabı” layihəsinin bir qrup fəxri üzvləri “Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işindəki xidmətlərinə görə təltif olundular.

Layihə rəhbərliyi çıxışı zamanı tədbirdə iştirak edən“Əsgərə xatirə” layihəsinin fəxri üzvlərinə, cəsur və zərif qəhrəmanlarına, iş adamlarına, sahibkarlara, mədəniyyət xadimlərinə, digər idarə, müəssisə və təşkilatlara, tədbirin keçirilməsində ev sahibliyi edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri İctimai Birliyi təşkilatına xüsusi minnətdarlığını bildirmişdir.
Tədbirin yekun hissəsində çıxış edən layihə rəhbəri Nuranə Şıxəliyeva öz çıxış nitqində qarşıdan gələn

7 fevral-seçkilər günündə Azərbaycan seçicisinin dövlət və dövlətçiliyimiz üçün əhəmiyyətli olan seçki prosesində ən aktiv formada iştirak edərək, ilhamlı aydın gələcəyimizin ən layiqli namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəyini bildirib və uğurlu seçimə dəvət edib.

Güc birlikdə, sevgi həmrəylikdədir!
Qələbəmiz əzəli və əbədi olsun!