Hikmət Hacıyev: Ermənistanın raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi

Ermənistan tərəfindən raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter” səhifəsində yazıb.

O bildirib ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinədək Ermənistan Azərbaycanın enerji infrastrukturuna, xüsusilə də Mingəçevir su anbarına raket zərbələri ilə təhdid edirdi:

"Son dövrlərdəki raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi”.