Könül Nurullayeva gəncləri mükafatlandırdı - FOTOLAR

Əziz həmvətənlərim,

Bu gün 1 iyun 2020-ci il tarixində start götürən "I Yay Təcrübə Məktəbi”nin 23 gənc və uğurlu iştirakçısını sərt karantin rejimi qaydalarına riayət edərək görüşüb mükafatlandırdıq.

Qeyd edim ki, təcrübə məktəbini həyata keçirməkdə əsas məqsədimiz 2020-ci il "Könüllülər İli” ilə bağlı Azərbaycan Respublikası Prezidentinin çağırışlarına töhfə verərək gənclərimizin professional inkişafında müsbət rol oynamaq istəyimiz olmuşdur.



Sözügedən gənclərimizin siyahısı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz

http://bit.ly/38yN4LV

Gənclərimizi kiçik simvolik hədiyyə və keçid imtahanlarında göstərdikləri yüksək nəticələrə əsasən sertifikatlarla təltif etdik. Azərbaycan gəncliyinə daim akademik, professional və şəxsi inkişaf yolunda uğurlar arzulayıram!


Biz maraq və səmərəliyi nəzərə alaraq, "II Yay Təcrübə Məktəbi” və bu tipli digər tədbirlərin mütəmadi şəkildə reallaşdırmasını qarşımıza hədəf qoymuşuq.



Əziz gənclər,

Sizləri davamlı olaraq tədbirlərimizdə görmək, bilik və bacarıqlarınızın inkişafına töhfə verməkdən şad olarıq!


 Milli Məclisin deputatı,
  Könül Nurullayeva