“Özümüzü, doğmalarımızı, bizim üçün dəyəri biçilməz olan kəsləri qoruyaq”- - ƏMİNƏ AĞAZADƏ

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar aldığı qəraralar məni çox narahat etdi. Belə ki, 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Sabahinfo.az xəbər verir ki, bunu millət vəkiliƏminə Ağazadə deyib.

Qeyd edib ki, hazırda dünyanın bəlasına çevrilmiş bu pandemiyanın qarşısının alınması üçün dövlət bütün qüvvəsini səfərbər edib, insanlara qadağalara riayət edilməsi üçün gecə-gündüz çağırışlar edilir.

"Amma buna baxmayaraq, nə gündəlik sayı artan yoluxanların aqibəti, nə xəstəlik səbəbindən dünyasını dəyişən həmvətənlərimizin acı həqiqəti bir çoxlarımıza dərs ola bilmir. Bu, çox acınacaqlı bir haldır. Mən dəfələrlə bu məsələ ilə əlaqəli sizlərə, mənim əziz kürdəmirlilərimə, elimizin, obamızın dəyərli vətəndaşlarına müraciətlər etmişəm. Bu gün yenə də özümə mənəvi borc bilərək sizlərə səslənirəm. Özümüzü, doğmalarımızı, bizim üçün dəyəri biçilməz olan kəsləri qoruyaq! Tətbiq edilən rejim qaydalarına riayət edək! Bu hər birimizin öz ailələrimiz, dövlətimiz qarşısında vətəndaşlıq borcumuzdur!”-deyə, o, əlavə edib.