Zakir Həsənov Türkiyəyə yola düşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyəyə gedib.

Bu barədə Sabahinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Z.Həsənov İstanbulda keçiriləcək "İDEF - 2017” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edəcək.