"Bu məğlubiyyət faciə deyil"

"Juventus" İtaliya A Seriyasının 4-cü turunda "İnter"ə 1:2 hesabı ilə uduzub. sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, Turin klubunun baş məşqçisi Massimliano Alleqri oyunla bağlı bunları deyib:

"Biz hesabdakı üstünlüyü heç 2 dəqiqə qoruya bilmədik. Biz intensivliyi azaltdıq və arxayın görünürdük. Bu yenilgi içimizə od salmalı, göydən yerə endirməlidir. Oyun sərt keçdi, əsl döyüş idi. Nəticə qazanmaq üçün qətiyyətli oynamaq, mübarizə əzmi göstərmək lazımdır. Xüsusilə hesabda irəli olduğumuz vaxtda. Əsas problem texnikada idi. Topu asanlıqla itirir, lazımsız ötürmələr verirdik. Bu mövsüm künc zərbəsindən sonra 3-cü qolu buraxdıq. Bütün komanda pis oynayanda hücumçulara da asan olmur. İndi "Cagliari" ilə oyuna hazırlaşmaq lazımdır. Bu məğlubiyyət faciə deyil".