Bakıda Ermənistan vətəndaşına məxsus sənəd tapıldı

Məsələ ilə bağlı Sabunçu rayon Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verilib.

Bakının Sabunçu rayonunda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb.

sabahinfo.az  Teleqraf.com-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanı qarşısında, orada yaşayan 1979-cu il təvəllüdlü İlkin Alim oğlu Məmmədov erməniyə məxsus sənəd tapıb. 

İlkin Məmmədov sənədi Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə verib. 

Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi Aleksan Arakelyana 27 avqust 2014-cü ildə tarixdə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib. 

Sürücülük vəsiqəsi "RG 052597” nömrəli BC kateqoriyalıdır. 

Məsələ ilə bağlı Sabunçu rayon Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verilib. 

Faktla bağlı araşdırma aparılır