Çin Trampın qızına bu ölkədə mal satmağa icazə verdi

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın şirkəti Çin hökuməti tərəfindən bu ölkədə fəaliyyət göstərməsi üçün icazə alıb.

Trend-in məlumatına görə, 3 ticarət markasının məhsullarının satışına ilkin icazə verilib.

Məlumatda qeyd olunur ki, İ.Trampın şirkəti Çində zərgərlik məmulatları, çanta satışları və spa-xidmətlər həyata keçirə bilər.