Dörd ölkə Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqının ardınca daha dörd ölkə Ukrayna və Rusiya vətəndaşlarına qarşı fərdi sanksiyalar müddətini 6 ay uzadıblar.

Sabahinfo.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda İttifaqın diplomatiyasının

başçısı Federika Mogerininin bəyanatında deyilir.

Bəyanatda deyilir: "Aİ-yə namizəd ölkələr Çernoqoriya və Albaniya, həmçinin Norveç və Ukrayna Avropa İttifaqı Şurasının qərarına qoşulub. Avropa birliyi bu qərarı nəzərə alır və onu alqışlayır".