Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

sabahinfo.Az xəbər verir ki, oktyabrın 17-də keçiriləcək depozit hərracında 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 28 gün təşkil edir. Hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil edir. Hərrac "Bloomberg” ticarət platformasında keçiriləcək.