“Rio-2016”: İlham Zəkiyev bürünc medalın bir addımlığında

"Rio-2016" Paralimpiya Oyunlarında milli komandamızın bayraqdarı, cüdoçumuz İlham Zəkiyev (+100) bürünc mükafat uğrunda həlledici görüşə çıxacaq.Sabahinfo.Az AZƏRTAC-a istinadən bildirir ki, təsəlliverici qarşılaşmada britaniyalı Hodgson Jacki məğlub edən idmançımızın rəqibi kubalı Jimenez Yangalini olacaq. Görüş Bakı vaxtı ilə saat 00.45-də başlayacaq.