Rusiyada zəlzələ olub

Rusiyada 4,5 bal gücündə zəlzələ baş verib.

Sabahinfo.Az-ın report-a istinadən xəbər verir ki, yeraltı təkanlar Kamçatka yarımadasının şərq sahillərində, Kronosk körfəzinin mərkəzində qeydə alınıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 180 kilometr şimal-şərqdə, 41 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ yaşayış məntəqələrində qeydə alınmayıb.

Tələfat və dağıntı, həmçinin sunami təhlükəsi yoxdur.