Suriyada terrorçu komandir məhv edildi

Suriyanın Latakiya əyalətində prezident Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən təşkilatlardan birinin lideri öldürülüb. sabahinfo.az xarici mediaya istinadən bildirir ki, məhv edilən "Əhrar aş-Şam”ın komandiri Abu əl-Barraadır.

 

Onun hökumət qüvvələri ilə döyüşdə öldürüldüyü bildirilir.

 

Latakiyanın yaşayış məntəqələrinin əksəriyyəti atəşkəş rejiminə qoşulub. Ancaq bu regionda hökumət qüvvələri ilə terror qruplaşmaları arasında qızğın döyüşlər davam edir.