Təhlükəli asteroidlər Yerə yaxınlaşır

"NASA” potensial təhlükəli göy cisimləri qrupuna daxil olan üç asteroidin Yer kürəsinə yaxınlaşdığını bəyan edib.

Azvision.az-ın məlumatına görə, kosmik daşlar 25 dekabrda təhlükəsiz şəkildə planetin yanından keçəcəklər. Bunlardan ən böyüyü, diametri təxminən 200 metr olduğu ehtimal edilən asteroid Yer kürəsindən 3 min kilometr uzaqlıdan keçəcək.

501647 (2014 SD224) adlanan asteroid son dəfə 2020-ci ilin yanvarında Yer kürəsinə yaxınlaşıb.

Qeyd edək ki, potensial təhlükə sayılan obyektlər Yer kürəsindən 6-7 min kilometr uzaqlıdan keçən və sahəsi 140 metr olan obyektlər hesab edilir.