Ukrayna aeroportlarında rus dili olmayacaq

Ukrayna İnfrastruktur Nazirliyi ölkənin bütün aeroportlarında məlumat bildirişlərindən rus dilinin çıxarılmasına, elektron tablolarda, işarələrdə və səsucaldıcılar ilə elan verən zaman Ukrayna və ingilis dilindən istifadə edilməsinə dair göstəriş verib.  

sabahinfo.Az xəbər verir ki, İnfrastruktur Nazirliyinin mətbuat xidmətində müvafiq tapşırığın nazir Vladimir Omelyan tərəfindən oktyabrın 17-də aparatın iclası zamanı verildiyi barədə məlumat yayılıb. 

 "Rus dili olmamalıdır. Bu, dövlət dilinin istifadəsi məsələsi deyil – bu, ilk növbədə, özünə hörmət məsələsidir. Aeroport işçiləri sərnişinlərlə ünsiyyət zamanı Ukrayna və ya ingilis dilindən istifadə etməlidirlər”, - Omelyanın sözlərini mətbuat xidməti sitat gətirib. 

Mətbuat xidmətindən infrastruktur nazirinin Ukraynada daşıma ilə məşğul olan bütün aviaşirkətlərə sırf ingilis və Ukrayna dilindən istifadə etməyə dair müvafiq xahişlə müraciət etmək niyyətində olduğunu bildiriblər. 

"Ukrayna adlarının ingilis dilində transliterasiyası ayrı məsələdir”. 

"Ukraynanın İnfrastruktur Nazirliyi müvafiq təşəbbüslə məsələnin Ukrayna Nazirlər Kabineti səviyyəsində baxılması üçün çıxış edəcək”, – məlumatda bildirilib.