"Fransa əsrlər boyu soyqırım törədən, soyqırımı dəstəkləyən bir ölkədir"

Noyabrın 15 -də Fransa senatı Azərbaycan əleyinə qətnamə qəbul edəcək. Qətnamədə Azərbaycan işğalçı ölkə kimi tanınır, Ermənistana hərbi yardımın edilməsi təklif edilir. Eyni zamanda qətnamədə bir sıra Azərbaycan əleyhinə məqamlar yer alıb.

"Azerforum" məlumat verir ki, politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildiirb ki, Fransanın səlahiyyətli şəxslərinin hər zaman Azərbaycana və Türkiyəyə qarşı qərəzli və ermənipərəst mövqelərinə hər zaman şahid olmuşuq. Bu yeni məlumat deyil. Fransa Ermənistanın dostu olduğunu buna səbəb göstərir. Erməni lobisi Fransada çox güclüdür. Eyni zamanda Fransa erməni xalqının yanında olduğunu bəyan edib.

Vicdanlı dövlətlər, haqlı durumları dəstəkləyən dövlətlər hər zaman haq -hüququ yüksək tutan dövlətlər, həmişə haqqlının yanında olur. Heç bir soyqırım törətmir. İnsanlıq əleyhinə faciələr törətmir. Şəxslər necədirsə, onların idarə etdiyi dövlətlərdə elə olur, xalqlar necədirsə, onun dövləti də elə olur. “Fikir verirsinizsə, Əlcəzairdə və digər dövlətlərdə Fransanın törətdiyi faciələr və genosidlər dünya tarixinə düşüb. Əlcəzairdə 1 milyon yarım insanın genosidə məruz qalması, Fransanın insanlara necə zülüm verməsi və bunlar hamısı tarixdə bir iz buraxıb.

Bu günlərdə Fransanın Ermənistanı dəstəkləməsində qeyri-adi bir məsələ görmürəm. Çünkü onlar da soyqırım törədirlər, ermənilər də... Ermənilər də Xocalı faciəsini törətmiş xalqdır. Fransa da əsrlər boyu soyqırım törədən, soyqırımı dəstəkləyən bir ölkədir”-deyə o qeyd edib.

Politoloq hesab edir ki, Fransa senatının belə bir qətnamə qəbul etməsi, erməni lobisi və Fransa dövlətinin sifarişidir. Onların tapşırığına əsasən, bu həyata keçirilir.

Çünki Fransa əsrlər boyu Cənubi Qafqazda yerləşmək istəmiş və arzulamışdır. Bu günlər Türkiyənin yüksək səviyyədə inkişaf, dünyaya meydan oxuması və zəif xalqların, dövlətlərin, kasıb dövlətlərin, haqqlının yanında olması, Azərbaycanın öz haqqını tələb etməsi və Azərbaycanın öz ərazilərini düşməndən azad etməsi, Fransanın təzyiqlərinə baxmayaraq, Azərbaycan dövlətinin həmin təzyiqlərə sinə gərməsi və torpaqlarını azad etməsi Fransaya böyük təsir edir. Fransanın öz qanadı altına çəkdiyi terrorist ölkəni qoruya bilməməsi, onu çox narahat edir.

Fransa regionda sabitliyin olmasını arzulamır. Ramiz Alıyev hesab edir ki, Fransa Ermənistanı bir yolla daha da həvəsləndirməyə çalışcaq, revanşist qüvvələri dəstəkləyəcək. Çalışacaq ki, bundan sonra Azərbaycanla Ermənistan arasında münasibətlər daha da gərginləşsin.

Azərbaycan yenə də “Qisas” əməliyyatı həyata keçirsin. “Qisas” əməliyyatından sonra Ermənistana dəyən zərərlər çox olur. Ermənistan əslində tülkü cildinə girmiş bir dövlətdir. Onlar üçün Rusiya olsun, Fransa olsun, Amerika Birləşmiş Ştatları olsun fərqi yoxdur. Özünü əzilmiş bir xalq kimi göstərib, himayəçi axtarırlar. Amma başa düşmürlər ki, regionda sülhün bərqərar olması üçün həmin dövlətlərin şirnikləndirici bəyanatlarına və şirnikləndirici hərəkətlərinə getmək olmaz. Çünkü Ermənistan 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan dövlətinin hansı gücə malik olduğunu gördü. “Azərbaycanda bir nəfər də olsun fərari yox idi. Amma Ermənistanda 10 minlərlə fərari var idi. Amma Azərbaycanda Azərbaycan gəncləri döyüşə getmək üçün mübarizə aparırdılar. Bu gün Rusiyada Rusiya-Ukrayna münasibətlərində Rusiyada qismən səfərbərlik elan olunur. Amma əhalinin böyük hissəsi etiraz edir. Gənclər ölkədən çıxır. Bizdə isə tam əksinə oldu. Xaricdə olan gənclərimiz belə ölkəyə qayıdıb vuruşmaq, döyüşmək və torpaqlarımızı azad etmək uğrunda savaşmağı qərar verdilər. Bunlar hamısı xalq-dövlət birliyinin nəticəsidir. Bu 1993-cü ilin 3 oktyabrından, ulu öndərin prezident seçilməsindən başlayaraq, yetişdi və insanlarımız daha da dövlətinə bağlı oldu, dövlətinə inandı. Bu gün Azərbaycan xalqı öz prezidentinin yanındadır. Sabah əgər erməni təxribatı baş verəcəksə, Azərbaycan ordusu var gücüylə çalışacaq ki, həmin təxribatların qarşısı alınsın. Biz bunu bir daha bu ilin sentyabrın 13-də gördük və şahidi olduq ki, bütün dünya dövlətləri Ermənistanı bir daha qınadı. Ermənistanın təxribatlardan çəkilməyə çağırdı. Bütün beynalxalq təşkilatlarda Ermənistan qınanıldı və təxribatlardan əl çəkməyi tapşırıldı”-deyə politoloq vurğulayıb.Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət olan paketAvropa Şurasının üzvü olan dövlətləri və Avropa birliyi dövlətləri tərəfindən, Şarl Mişel tərəfindən yüksək səviyyədə qiymətləndirildi.

Regionda sülhün və sabitliyin bərqərar olması üçün sülh sazişi imzalanmalıdır. Ermənistan xalqı həqiqətən də, regionda sülh və sabitliyi istəyirsə, bu beş bənddən ibarət olan paketi qəbul edəcək.

Fransa senatının hansısa bir nümayəndəsi tərəfindən Azərbaycan əleyhinə səsləndirilən bəyanatların arxasınca gedəcək və ya Fransa Azərbaycana qarşı hansısa bir qətnamə qəbul edəcəksə, bu münaqişənin daha da qızışmasına gətirib çıxaracaq. Azərbaycan ordusu köç tətbiq etməsinə başlayacaq. Bundan sonra yenə də Ermənistanın baş naziri və digər dövlətlər Azərbaycanın döyüşləri dayandırmasını xahiş edəcəklər və artıq gec olacaq.

İlahin, Bizimyol.info