Fransa parlamentində Azərbaycana qarşı qərəzli qətnamə - Leyla Allahverdiyeva yazır  

Fransa parlamentində Azərbaycana qarşı qərəzli qətnamənin qəbul edilməsi gözlənilən idi .Çünki Fransa hökümətinin ölkəmizə qarşı ilk ədalətsiz mövqeyi deyil. Bu ölkəmizə qarşı növbəti təzyiq cəhdidir. Əvvəllər də bele cəhdlər olub. Bu cür qətnamələr əslində həmişə ölkəmizə qarşı qeyri - obyektiv və ədalətsiz qətnamələr olub ki, bunlarda təbliğat xarakteri daşıyır.

Deyərdim meymun baxır güzgüyə adını qoyur özgüyə deyimini babalarımız elə Fransaya deyib. Fransa dövlətinin özü işğalçı ola - ola bizi işğalçı adlandırır. Belə ki, 1768 - ci ildə Fransa Aralıq dənizində Kostika adasını işğal edib.254 ildir ki, Kostika xalqı müstəqilliyi uğurunda mübarizə aparır. Bu Fransa ise Kostikanın yerli əhalisinin müstəqilliyi üçün apardığı mubarižəsini terorçu adlandırır. Amma Qarabağdakı ermənilər isə 200 ildir ki, "Gülüstan və Türkmənçay "müqaviləsindən sonra İrandan Qarabağa köçrülüblər və bunu bilə- bilə bu ermənilərə yerli əhali deyirlər.Fransa senatı Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Axı bu Fransanın reakarlığı hansı məntiqə ya ədalətə sığır?.Burda babalarimızın bir deyimi də yadıma düşür ,atı atın yanına bağlasan həmrəng olmasa da həm xasiyyət olar.Artıq bəlli olur ki ,bu Ermənistan kimdən bəhrələnir .

Fransanın parlament səviyyəsində erməni təbliğatı aparmaqdakı məqsədi hamımıza məlumdur.Seçkilər zamanı erməni icmasının dəstəyinə ehtiyac və ümiddir.Erməni də düşünür ki Fransa mənə ən yaxın müddəfiqdir mənə canı yanır .Yalnız bu beyinsizlər düşünmür ki, hələ də istifadə olunurlar həm də bir əski kimi.  Belə getsə Azərbaycan bu dəfə dəmir yumruğu Ermənistanın başından elə vuracaq ki ,çətin bir də başını qaldırib başqalarınin qucağına qaca bilsin.

Fransa parlamentinin   ermənipərəst addımları isə Azərbaycanla Fransa hökuməti arasında olan əməkdaşlığa kölgə salır.
Fransa parlamentinin qəbul etdiyi qətnamənin Azərbaycana ciddi təsiri inandırıcı deyil. Çünki dünya dövlətləri Azəbaycanla əməkdaşlığa maraqlıdır.

Lakin Fransa parlamentinin belə qətnamələri Fransa höküməti tərəfindən Azərbaycana qarşı müvafiq praktiki addımlarla müşayiət olunarsa, o zaman Azərbaycan dövləti də adekvat cavab tədbirləri görəcək.

Azərbaycan dövləti, Azərbaycan diplomatiyasi isə heç bir təzyiqə məhəl qoymadan öz siyasətini,öz maraqlarını  həyata keçirir.
Azərbaycanın gücünü, qalibiyyətini, inkisafını,masa da söz sahibinə çevrilməsini gözü götürməyən, Azəbaycana qarşı məkirli oyunlar oynayaraq nələrsə əldə edəcəyinə ümid edən nankor İran, Fransa, Ermənistan dövlətləri bilməlidirlər ki, Azərbaycan 90 - cı illərdəki Azərbaycan deyil ,onların qarşılarındakı artıq  güclü dövlətdir . 

Azərbaycanın güclü ,nəyi nə vaxt edəcəyini yaxsi bilən siyasi Lideri ,güclü ordusu və hər zaman dövlətinin ,ordusunun yanında olan iradəli xalqı var .