"Fransa Senatı Aİ ilə Azərbaycanın arasını vurmaq istəyir"- Sahibə Qafarova

"Fransanın həm bəyanatlarından, həm də qəbul etdiyi qətnamədən xalqımıza və dövlətimizə nifrət yağır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahiə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

Spikerin sözlərinə görə, son iki ildə Fransa Parlamenti Azərbaycan haqqında ədalətsiz bəynatlar verib: "Fransa Senatının qəbul etdiyi qətnamə göstərir ki, Avropa İttifaqı ilə Azərbaycanın arasını vurmaq istəyirlər. Odur ki, biz Fransa Senatının qəbul etdiyi qətnaməni Cənubi Qafqazda olan hadisələrə qanunsuz müdaxilələr və Ermənistanın cinayətlərinə haq qazandırmaq kimi qiymətləndirə bilərik”.