Fransa Senatının Azərbaycana qarşı qərəzli və böhtan dolu qətnaməsi

Fransa Senatının Azərbaycana qarşı qərəzli və böhtan dolu qətnamə qəbul etməsi beynəlxalq hüququn prinsip və dəyərlərini tapdalayır. Ermənistanın bütün illərdə hərbi cinayətinə və  təcavüzünə göz yuman bir ölkə elə Ermənistan qədər vicdansız və təcavüzkardır. 

Prezident İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışında Fransanın tarixi keçmişi üzərinə xüsusi vurğu etməsi və bu cəsarətli bəyanatın geniş rezonans doğurması heç də təsadüfi deyildi. 

Bəli, Fransa özünün əsl kimliyini Əlcəzairdə, Vyetnamda, Tunisdə, Cibutidə və digər Afrika ölkələrində amansız soyqırımlar törətməklə göstərmişdir. İndi də müəllifi olduğu bu qədər soyqırımları unudaraq, Erməni lobbisinin tam təsiri altında heç bir çərçivəyə sığmayan ermənipərəst siyasət yürütməkdə davam edir. 

Bu gün Emmanuel Makron özünü ermənilərin "ağsaqqalı" kimi apararaq tarixi gerçəklikləri təhrif edərək, Azərbaycana qarşı heç bir beynəlxalq hüquqa söykənməyən çıxışlar etməsi onun işğalçı və soyqırım siyasətinin bariz nümunəsidir. 

Təbii ki, Azərbaycan dövləti Fransanın Azərbaycana yönəlik, bütün əndazələri aşan davranışlarına qarşı  adekvat cavab verəcəkdir.

Milli Cəbhə Partiyası - MCP nın sədr müavini Ehtiram Mehtiyev