Gömrükçülər lokomotivdə gizlədilən siqaretləri aşkar etdilər

Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən “Yalama” gömrük postunun idxal gömrük nəzarəti xəttində ölkəmizə gələn lokomotivə gömrük yoxlaması keçirilib.

Dövlət Gömrük Komitəsindən Sabahinfo.az-a bildirilib ki, yoxlama zamanı lokomotivin içərisində döşəmənin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən 8 min ədəd "Parlament Heets" markalı siqaret aşkar olunub.