Goranboyda alma bağında 21 yaşlı oğlanın meyiti tapılıb

Goranboyda alma bağından 21 yaşlı oğlanın meyiti tapılıb.

APA xəbər verir ki, rayonun Xanqərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Seymur Salahovun meyiti özlərinə məxsus alma bağında budaqdan asılı vəziyyətdə tapılıb.

Faktla bağlı araşdırma aparılır.