Güc strukturları Peterburqdakı “Vaqner Mərkəzi”nə gəldi - VİDEO

Güc strukturları Sankt-Peterburqdakı “Vaqner Mərkəzi özəl hərbi şirkəti”nin binasına gəlib.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri teleqram kanalında bildirib.

Mərkəz Zolnaya küçəsində yerləşir.

“Binada axtarışlar başlayır”, - məlumatda deyilir.

Nəşrin məlumatına görə, binaya “OMON” və Rusiya Milli Qvardiyası əməkdaşlarının olduğu iki avtobus yaxınlaşıb, onları mülki geyimdə olan insanlar müşayiət edir.

Bundan başqa, Peterburqda Blaqoveşenski körpüsündə əlində avtomat olan maskalı şəxslər dayanıb.

Həmçinin Akademiçeski küçəsi güc strukturları tərəfindən bağlanıb.