Güney Azərbaycanla bağlı sənədli video-süjet  

“Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin layihəsi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə sənədli video-süjet hazırlanıb. 
    “Cənubi azərbaycanlı tanınmış elm, mədəniyyət, ictimai xadimlər və onların fəaliyyəti barədə maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində ərsəyə gələn sənədli video-süjetdə Güney Azərbaycanda elm, mədəniyyət, mətbuat və ictimai fikrin dünəni və müasir problemləri işıqlandırılıb. Verilişdə   Güney Azərbaycanda elm, mədəniyyət, maarif məsələləri, ədəbiyyat, mətbuat tarixi və müasir problemləri işıqlandırılmaqla yanaşı soydaşlarımızın elmi-ədəbi dünyagörüşü, intellektual vəziyyəti və oradakı ziyalıların həyat və fəaliyyəti barədə məlumatlar verilib. Video-süjetdə əslən güneydən olan tanınmış ictimai-siyasi fəallar bölgədəki real vəziyyətlə bağlı açıqlamar veriblər. 
Video-süjet Yeni Media TV-də və digər internet resurslarında yayımlanıb.