Hicran Hüseynova şəhid və qazi ailələrini ziyarət etdi

Sumqayıt şəhərindən seçilmiş Milli Məclisin deputatı Hicran xanım Hüseynova, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası və Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyası"-nın idarə heyyətinin üzvi Cəmilə Abdullayeva, AQSİA üzvləri Aynur Musayeva ,Rübabə Mürşüdova və Sumqayıt Şəhər İcra hakimiyyəti nümayəndəsi Samir Bədəlov bugün Sumqayıt şəhərində Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid və həmçinin qazi ailələrinə baş çəkib. Onları bayram münasibəti ilə təbrik edərək hər zaman yanlarında olacaqlarını bildiriblər.
Şəhid ailələrində olarkən dərin hüzünlə şəhidlərimizi yad etdiklərini və qürur hissi duyduqlarını bildiriblər. Ailələrin bizlərə şəhidlərimiz tərəfindən əmanət olduğunu qeyd edərək hər zaman ailələrin və şəhidlərimizdən yadigar qalan övladlarının tam dəstək olaraq yanlarında olacaqlarını nəzərlərinə çatdırıblar.
 Şəhidlərimizin ailələri işğalçı Ermənistan ordusu üzərindəki tarixi qələbədən, bu qələbədə şəhidlik zirvəsinə ucalan vətən oğullarının gösdərdikləri şücaətdən, oğullarının vətənə, torpağa bağlı olan sevgisindən danışıblar. 
Qazilərin və ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların daim diqqətdə olacaqlarını bildiriblər. Bayram münasibəti ilə təbrik edərək, gələn bayramı işğaldan azad edilmiş Qarabağ torpaqlarında qeyd etməyimizi arzulayıblar.
Bugünümüzü onlara borcluyuq, hər zaman ailələrin yanında olacaqlarını bildiriblər. Ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların daim diqqətdə olacaqlarını bildiriblər.
Şəhid ailələləri və Qazilərimiz Silahlı Qüvvələrimizin şərəfli döyüş yolundan danışıb, onları ziyarət etdikləri üçün təşəkkürlərini bildiriblər.
 Dövlət başçısının və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər. İlham Əliyevin tutduğu bu yolu dəstəkləyir və hər zaman prezidentimizin yanında bir yumruq kimi birləşəcəyik. Hörmətli dövlət başçımızın da dediyi kimi Qarabağ Azərbaycandır!