Hüseynbala Mirələmov şəhid ailəsini ziyarət edib

YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və təşkilatın əməkdaşları Polkovnik-leytenant, Azərbaycan bayrağı ordenli, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuş, Frunze adına Rusiya Silahlı Qüvvələrinin Ümumiqoşunları Ali Akademiyasını qızıl medalla bitirmiş, Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Babək Meyvəddin oğlu Ramaldanovun ailəsini ziyarət etmişlər.

Qeyd edək ki, Ramaldanov Babək Meyvəddin oğlu Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

YAP Xətai rayon təşkilatının sədri H.F.Mirələmov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, qəhrəman oğul böyütdüklərinə görə valideynlərə təşəkkür edib. Yeni Azərbaycan Partiyasının nümayəndələri bildiriblər ki, Azərbaycan dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unutmayacaq. Həmçinin şəhidin ailəsinə maddi yardım edilmişdir