İƏT Əmək Mərkəzinə daha 10 ölkə qoşula bilər

"İƏT Əmək Mərkəzinin Nizamnaməsi 16 üzv ölkə tərəfindən imzalanıb".

Sabahinfo.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, daha 10 ölkə mərkəzə qoşulmaq niyyətini bildirib:

"İƏT Əmək Mərkəzinin Baş Assambleyasına sədrlik Azərbaycan Respublikasına həvalə olunub, müavini isə Səudiyyə Ərəbistanı Krallığı seçilib".