İƏT Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi mühüm və əlamətdar hadisədir

Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) hökumətlərarası təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən yaradılıb. 1992-ci il noyabrın 28-də 7 ölkə İƏT-ə qoşulub və hazırda təşkilatın 10 üzv ölkəsi var: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) 1992-ci ildə üzv olub. Təşkilatın 9-cu və 12-ci zirvə toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda reallaşıb, Bakı bəyannamələri qəbul edilib. Bu il yanvarın 24-də isə Özbəkistanın Daşkənd şəhərində İƏT-in Nazirlər Şurasının 26-cı iclası keçirilib. Toplantıda quruma sədrlik Azərbaycana keçib Tacikistan, Türkiyə, Türkmənistan. Qurumun təsis proqramında davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının sürətləndirilməsi, ticarətin liberallaşdırılması, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, maddi sərvətlərin səmərə¬li istifadəsi məsələləri qarşıya mühüm vəzifələr kimi qoyulub.

  Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətmizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub.

İƏT-in Nazirlər Şurasının iclaslarında Şərqi Zəngəzur iqtisadi rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünün əhəmiyyəti diqqətə çatdırılıb, bu infrastrukturun bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacağı qeyd edilib. Bütün bunlarla bərabər, Zəngəzur Dəhlizinin Orta Dəhlizin tərkib hissəsi olmaqla həm də Avropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edərək regionun inkişafına təkan verəcək bir nəqliyyat xətti, Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəhlizlərini birləşdirən önəmli arteriya kimi dəyərləndirilib.

İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində həyata keçirilən layihələrin iştirakçıları sırasına tezliklə qoşulacağını da bəyan edir.

Burada düşməndən təmizlənən azad iqtisadi zonaların yaradılmasından, sənaye obyektlərinin işə salınmasından söz düşmüşkən, onu da qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa prosesi indiyədək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 20-ə yaxın sənaye müəssisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə aqrar-sənaye kompleksinin tərəqqisi məqsədləri üçün 940 fermer təsərrüfatının qurulması nəzərdə tutulub.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 3 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən bu zonaya 21 milyon manatdan çox investisiyanın yatırılması, 270-dən artıq iş yerinin yaradılması planlaşdırılıb.

Bu gün hamıya bəllidir ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.

Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları yaradacaqdır.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri