"İran deputatları Ermənistanla qucaqlaşıb-öpüşməyin əvəzinə..." - Deputat

"İran islam dini pərdəsi altında özlərinin riyakar niyyətlərini reallaşdırmağa çalışır. Belə olmasa idi, islam dininə yüksək dəyər verən Azərbaycana qarşı düşmən siyasətini yürütməzdi. Əgər İran özünü islam respublikası adlandırırsa, nə üçün islam dinin dəyərlərini məhv edən Ermənistanın yanındadır və ona dəstək göstərir"

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib. Deputat bildirib ki, İran Azərbaycana nəyi necə etməyi ilə bağlı göstəriş verməsin:

"Ölkəmiz müstəqildir, dünyanın istənilən ölkəsi ilə milli maraqlara uyğun əməkdaşlıq qurur, diplomatik münasibətləri inkişaf etdirir. Yaxşı olardı ki, İran parlamenti özünün anti-islam və xəyanətkar əməllərindən əl çəksin. İran deputatları islam dinin düşməni olan Ermənistanla qucaqlaşıb-öpüşməyin əvəzinə, Azərbaycanda islam dini dəyərlərinə qarşı törədilmiş terrora görə Ermənistanı qınamaq çağırış edən məsələni müzakirə etsin. O zaman müsəlman dünyası da İranın islam dini dəyərlərinə səmimi olduğunu görər".