İran yeni hərbi peykini orbitə çıxardı

İran yeni "Nur-3" hərbi peykini uğurla Yerin orbitinə çıxarıb. 

Sabahinfo.az xəbər verir ki, bu barədə İslam Respublikasının İnformasiya və Kommunikasiya Texnologiyaları naziri İsa Zarepur bildirib.

O qeyd edib ki, peyk İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin səyləri sayəsində 450 kilometr yüksəklikdə orbitə buraxılıb. Qurğu ikipilləli daşıyıcı raketindən istifadə edilməklə buraxılıb.