İşğaldan azad olunmuş ərazilərimizə ayrılacaq vəsait MƏLUM OLDU

“Qeyri-neft sektorunun gəlirlərinin optimallaşdırılması vacibdir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 21 noyabr tarixli iclasında deputat Vüqar Bayramov deyib.

“İşğaldan azad olunmuş ərazilərimzin bərpasına 4 milyard nəzərdə tutulur. Xərclərin 28%-i azad olmuş ərazilərə və müdafiənin gücləndirilməsinə çıxacaq. 2024-cü ildə də büdcə gəlirlərində neft sektorunun payı qeyri-neft sektorundan daha çoxdur. Qeyri-neft gəlirlərimiz cari xərclərimizi tam ödəmir. Qeyri-neft sektorunun gəlirlərinin optimallaşdırılması vacibdir”.